Qusar şəhər 3 saylı tam orta məktəbdə Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş məktəblilər arasında dama idman növü üzrə Qusar rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məktəbin rəhbərliyi, Qusar Şahmat Məktəbinin məşqçisi Daim Ağalarov və məktəbin məşqçi -müəllimi Elşad Pənahov iştirak etmişlər.

Dama idman növünə məktəblilərin marağının artırılması və inkişaf etdirilməsi üçün keçirilmiş yarışda 32 nəfər məktəbli qızlar və oğlanlar iştirak etmişlər.

Sonda qalib idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medallarla təltif edilmişlər.