Qusar Simurq Kulturologiya mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş uşaq və yeniyetmələr arasında şahmat idman növü üzrə Qusar rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, 7 yaş gurupu üzrə 70 nəfər idmançının iştirak etdiyi yarışda Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, sektorunun əməkdaşları və məşqçi müəllimlər iştirak etmişlər.

Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov ilk olaraq tədbir iştirakçılarını salamlayaraq hər bir idmançıya uğurlar diləmişdir.

Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə mükafatlandırılmışlar.