Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində ciu-citsu idman növü üzrə nümunəvi çıxışlar nümayiş etdirilmişdir.

Rekord.az xəbər verir ki, 20 nəfər idmançının iştirakı ilə keçirilmiş tədbirin məqsədi uşaq və yeniyetmələr arasında bu idman növünə marağının artırılması və rayonda inkişaf etdirilməsidir.