Tamamilə söküldükdən sonra xeyli müddət baxımsız qalan Şövkət Orduxanov adına Qusar şəhər stadionunda işlərə başlanılması haqda məlumat vermişdik.

Rekord.az-a daxil olan yeni məlumata görə, işlər hazırda da davam edir.

Ərazidə traktorlar çalışır, toroa qatı hamarlanır, qazonun salınmasına hazırlıq gedir. Eyni zamanda tribunalarda da işlərə start verilib.

Qeyd edək ki, layihəyə görə, yenilənmiş arena 2500 nəfər tamaşaçı tutumuna malik olmalıdır.