Bir neçə il bundan qabaq tamamilə sökülən Şövkət Orduxanov adına Qusar şəhər stadionunun yenidən qurulacağı deyilsə də, hər şey əksinə oldu.

Rekord.az xəbər verir ki, 2500 nəfər tamaşaçı tutumu olacağı deyilən yeni stadionun löhvəsinin stadionun girişinə vurulmasına bamayaraq, işlər dayandı.

Sonradan işlərə start verilsə də, aktivlik gözə dəymədi və stadionda hələ də ciddi irəliləyiş gözə dəymir. Aldığımız son məlumata görə, son günlərdə yenidən işlər bərpa olunub. Amma təəssüflə qeyd edək ki, yenə də lazım olan aktivlik yoxdur. Ərazidə gözə dəyən 1-2 traktordan başqa, ağır texnika yoxdur. Lakin deyilənə görə, havakar isindikdən sonra işlərdə canlanma da olacaq. Hər halda, biz də ümid edək və havaların isinməsini gözləyək.