Uzun müddətdir baxımsız vəziyyətdə qalan, sökülərək yenidən inşaa olunacağı deyilməsinə baxmayaraq, hələ də xarabazarlığı xatırladan Şövkət Orduxanov adına Qusar stadionu satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, əraziyə 200 min manat qiymət qoyulub.

Ərazinin yalnlız idman təyinatı üzrə istifadəsi ilə bağlı şərt də qoyulmayıb. Yəni kimsə stadionu alıb onu başqa təyinat üzrə də istifadə edə bilər. Loru dildə desək, 200 mini ver, sonra istəyirsən o ərazidə pomidor-xiyar ək.