
Qurbanov Quqeşaşviliyə güvənəcək
- 20 Yan 2023 17:00
- 1859
Şahruddin Məhəmmədəliyevin ağır zədə almasından sonra "Qarabağ"ın çərçivəsi gənc Amin Ramazanovla gürcü Luka Quqeşaşvilinin ümidinə qalıb.
Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi Qurban Qurbanov əslində qışdan sonra daha çox Ramazanova güvənmək niyyətində idi.
Lakin son yoxlama görüşündə etdiyi kobud səhvlər baş məşqçinin fikrini dəyişib. Böyük ehtimalla qışdan sonra Şahruddin sağalana kimi, "Qarabağ"ın əsas qapıçısı gürcü olacaq.