Ramil Şeydayev hələ də gələcək karyerası ilə bağlı qərar verməyib.

Rekord.az xəbər verir ki, futbolçu Ağdam klubu ilə mövsümün sonunda bitəcək müqaviləsini yeniləməyə tələsmir.

Əldə etdiyimiz məlumata görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu məsələdə israr etmək niyyətində deyil. Yəni qalması üçün Şeydayevə minnətçi düşmək niyyətində deyil. Futbolçu getmək fikrində olsa, onu məcbur saxlamayacaqlar.