
Qurban Qurbanov futbolçularna 3 günlük istirahət verdi
- 15 Mar 2023 20:05
- 414
"Sumqayıt"la oyundan sonra "Qarabağ" futbolçularına 3 günlük istirahət verib.
Rekord.az xəbər verir ki, milliyə dəvət alan futbolçular millinin düşərgəsinə yollanacaq.
Yerdə qalanlar isə Qurban Qurbanovun qərarı ilə ayın 18-ə kimi istirahətə buraxılacaq. 18-i bir araya gələn komanda "Qalatasaray"la yoldaşlıq görüşünün hazırlıqlarına başlayacaq.