Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin texniki dəstəyi ilə Quba Olimpiya İdman Kompleksində “Quba - İdman Paytaxtı 2024” çərçivəsində U-15 yunan-Roma güləşi idman növü üzrə Azərbaycan çempionatına seçim məqsədilə təşkil olunan zona birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birinciliyin açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra isə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Güləş Federasiyasının nümayəndələri Qərib Əliyev, Aydın Süleymanov çıxış edərək idmançılara salamlamış və uğurlar arzulamışlar.

Qeyd edək ki, zona birinciliyində Quba, Qusar, Sumqayıt, Abşeron, Zəngilan və Qubadlı rayonlarından 110 nəfər idmançı iştirak etmişdir.

Qalib idmançılar cari ilin mart ayında keçiriləcək U-15 yunan-Roma güləşi idman növü üzrə Azərbaycan çempionatına vəsiqə qazanmışlar.