Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov adına Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat məktəbində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində “Şahmat hamı üçün” kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbir şahmat oyununa marağının artırılması, stolüstü oyunların inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliğ olunması və asudə vaxtın səmərəli təşkil edilməsi məqsədi daşıyıb.