Quba-Alpan yolunda Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və “Sirab” ASC-nin dəstəyi ilə “Quba - İdman Paytaxtı 2024” çərçivəsində və Novruz bayramına həsr edilmiş “Novruz qaçışı” keçirilib.

Rekord.az xəbər verir ki, “Quba - İdman Paytaxtı 2024” çərçivəsində təşkil olunan “Novruz qaçışı”nda 100 nəfər həvəskar idmançı yarışıb.

Qaçış iştirakçıları Quba-Alpan yolunda iki kilometrlik məsafədə qalib adı uğrunda mübarizə aparıblar.

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Quba Rayon İcra Hakimiyyəti tərəfindən birgə keçirilən qaçışda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından idmançılar təmsil olunub.

Yarışın qalibləri medal, sertifikat və hədiyyələrlə mükafatlandırılıb.