Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş boccia idman növü üzrə Quba rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, turnirin açılışında oyun qaydaları, keçirilməsi məqsədləri iştirkaçıların diqqətinə çatdırılmış və turnirə start verilmişdir.

Turnirdə Quba rayonunda yaşayan xüsusi qayğıya ehtiyacı olan gənclər və könüllülər iştirak etmişlər. Sonda bütün iştirakçılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən serifikatlarla təltif edilmişlər.