
Quba stadionunda çəkiliş problemi də həll olundu
- 11:00
- 127
Məlum olduğu kimi, Misli Premyer Liqasının 4-cü turunda "İmişli" "Sumqayıt"ı Qubada qəbul edəcək.
Rekord.az xəbər verir ki, stadionda çatışmayan bütün məsələlər həllini tapıb.
Əldə etdiyimiz məlumata görə, canlı yayım üçün tələb olunan istəklər də yerinə gətirilib. "CBC Sport" nümayəndələri də stadiona baş çəkiblər və oyunların canlı yayımı üçün heç bir problem yoxdur.