“Region Liqası”nda çıxış edən Quba “Şahdağ” ilə bağlı qeyri-müəyyənlik davam edir.

Rekord.az xəbər verir ki, bütün futbolçular dağıldığı üçün komanda faktiki dağılmış vəziyyətdədir.

Düzdür, AFFA hələ ki, bu komandanı çempionatdan kənarlaşdırmayıb. Lakin martın 6-da “Cəbrayıl”la keçirilməli oyun qubalılar üçün son şansdır. Əgər “Şahdağ” həmin oyuna da çıxmasa, növbəti texniki məğlubiyyəti alıb çempionatdan kənarlaşdırılacaq.