Dünən Millətlər Liqasının 5-ci turunda Slovakiya ilə qarşılaşan millimiz 2:1 qalib gəlib.

Rekord.az xəbər verir ki, yığmamızın ilk qolunun müəllifi Renat Dadaşov olub.

Renatın formasını geyindiyi "Qrasshopper" futbolçusunu bu münasibətlə təbrik edib.

İsveçrə klubu sosial şəbəkə hesabında Dadaşovun fotosunu paylaşaraq belə yazıb:

“Renat Millətlər Liqasının dünənki qələbəsində Azərbaycan millisinin heyətində ilk qolunu vurub. Təbriklər Renat”.  

Xatırladaq ki, futbolçumuz yayda “Vulverhempton”dan “Qrasshopper”ə transfer olunub.