
Qrant cinsi istismarda ittiham olunur
- 02 Fev 2022 13:43
- 609
"Çelsi"nin sabiq baş məşqçisi Abraham Qrant cinsi istismarda ittiham olunur.
Rekord.az xəbər verir ki, bu barədə İsraildə yayımlanan “Exposure” televiziya şousunda bir neçə qadın bildirib.
Onlar idda ediblər ki, Qrant, karyeralarını yüksəltməyə kömək etmək üçün onunla yatmalı olduqlarını deyib. Qadınlardan biri başına gələnləri belə nəql edib:
“Əlini baldırıma qoyanda narahat oldum. Dərhal onun əlini necə çəkdiyimi xatırlayıram.
Bir neçə saniyədən sonra məni boğmaq istəyirmiş kimi boynumdan tutdu, başımı özünə tərəf çevirib zorla öpməyə çalışdı. Onun bu hərəkətinə “yox” deməyə cəsarətim olmadı”.
Bir neçə qadın da iddia edib ki, Qrantla işləyərkən, ondan özlərinə qarşı seksual ifadələr eşidiblər.
Bu da onların peşəkar münasibət saxlamalarını çətinləşdirib. Televiziya şousunda 66 yaşlı məşqçinin daha bir neçə təcavüz hekayələri haqda danışılıb.
Qrant “Çelsi”ni 2007-2008-ci illərdə çalışdırıb.