Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə yeniyetmələr arasında stolüstü tennis  üzrə rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd stolüstü tennis idman növünün uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika miqyaslı yarışlarda iştirak edəcək idmançıların aşkar olunmasıdır.

Turnirdə Azərbaycan Stolüstü tennis Federasiyasının rayon üzrə bölməsinin 2 yaş qrupu üzrə 14 idmançısı iştirak etmişdir. Aşağı yaşlılar arasında Mədətov Əli, Heydərov Elnur və Məmmədov Ağababa, gənclərin mübarizəsində isə Aslanov Zahid, Mamedov Məhəmməd və Mamedov Telman fərqlənərək müvafiq olaraq 1-3-cü yerlərə sahib çıxmışlar.

Qalib və mükafatçılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunmuşdur.