Qobustanda stolüstü tennis yarışı
- 10 Sen 2023 15:00
- 354
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində “15 Sentyabr-Bilik Günü” münasibətilə 2008-2011 və 2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında stolüstü tennis üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd stolüstü tennis idman növünün uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilidir.