Qobustanda stolüstü tennis yarışı keçirilib
- 07 Noy 2023 23:15
- 454
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində stolüstü tennis üzrə yeniyetmələr və gənclər arasında “Zəfər” turniri keçirilmişdir.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd stolüstü tennis idman növünün uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilidir.
2 yaş qrupu üzrə keçirilmiş turnirdə 16 idmançı iştirak etmişdir. Qasımov Ramal, Qayıbov Səid və Babayev Aydın gənclərin, Musayev Tural, Heydərov Elnur və Mədətov Əli aşağı yaşlıların mübarizəsində qalib gəliblər.
Turnirin qaliblərinə və mükafatçılarına Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.