
Qobustanda şahmat turniri
- 09 Avq 2025 07:00
- 53
Qobustan UGİŞM-nin zalında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə şahmat idman növü üzrə 10 yaşadək oğlan və qızlar arasında yay turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında rayonda şahmat idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.
Turnirin qalibləri Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıblar.