Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan rayon təhsil sektorunda "Şahin" hərbi-idman oyununun rayon mərhələsinin və birincilyinin keçirilməsinə hazırlıq məqsədilə rayonun tam orta məktəblərinin hərbi rəhbərlərinin iştirakı ilə seminar keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi E.Salamanov “Şahin” hərbi-idman oyununun yeni əsasnaməsi, orada edilən dəyişikliklər və rayon birinciliyinə hazırlıqla əlaqədar çıxış edərək, hərbi-idman oyununun Qobustan rayonunda uğurla baş tutması üçün aidiyyəti qurumların və şəxslərin səfərbər olmalarının vacibliyini də qeyd etmişdir.

Seminarda yeni əsasnamə ilə bağlı fikir mübadiləsi aparılıb və rayon birinciliyində iştirak edəcək hərbi rəhbərlərə və təyin olunmuş hakimlərə oyunların keçirilmə qaydaları haqqında ətraflı məlumat verilib, yaranmış suallar cavablandırılıb.