Qobustan Gənclər evində “Novruz” bayramı münasibətilə nərd milli idman növü üzrə rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd rayonda nərd milli idman növünün gənclər və böyüklər arasında təbliği və kütləviliyinin artırılması, idarə və təşkilatlarda işləyən vətəndaşların asudə vaxtının səmərəli təşkilidir.

Yarışda idarə və təşkilatlardan 14 nəfər iştirak etmiş və bütün görüşlərdə qalib gələn Qobustan Gənclər evinin əməkdaşı Ramin Məmmədovun qələbəsi ilə nəticələnmişdir.

Mükafata layiq 2-ci və 3-cü yerlərə Qobustan UGİM-nin məşqçi-müəllimləri Faiq Şirəliyev və Seymur Mirzəliyev layiq görülmüşlər.

Turnirin qalibi və mükafatçılarına Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.