Qobustan İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun və Şamaxı Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olunmuş sərbəst güləş idman növü üzrə 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında Şamaxı rayon turniri keçirildi.

Rekord.az xəbər verir ki, qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırıldılar.