Qobustanda cüdo üzrə rayon turniri keçirilib
- 12:00
- 35
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan rayon UGİM-in idman zalında "26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü" münasibətilə cüdo üzrə U-14 və U-17 yeniyetmələr arasında Qobustan rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, müxtəlif çəki dərəcələrində qalib gəlmiş idmançılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə mükafatlandırılıblar.