Bu gün ölkəmizin də ev sahibliyi etdiyi voleybol üzrə 2026-cı il Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. "Rekord.az" xəbər verir ki, İtaliyanın Bari şəhərində təşkil olunacaq tədbirdə Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının da rəqibləri bəlli olacaq. 

Bugünkü mərasimdə həm qadın, həm də kişi voleybolçuların qitə birinciliyinin püşkatması baş tutacaq. Tədbirdə ölkəmizi millimizin kapitanı Ayşən Abduləzimova və Azərbaycan Voleybol Federasiyasının İdarə heyətinin üzvü Elqar Bağırov təmsil edəcəklər. Voleybolçumuz Ayşən püşkatmada iştirak edəcək. 

Tədbir Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. 

Qeyd edək ki, qadın voleybolçuların Avropa çempionatı 2026-cı il 21 avqust - 6 sentyabr tarixlərində keçiriləcək. Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Geteborg (İsveç) şəhərlərində baş tutacaq.