
Qışda “Turan Tovuz”dan göndərilir?
- 26 Sen 2022 15:00
- 809
Mövsümün əvvəlində “Turan Tovuz”a transfer olunan Piruz Marakvelidze qışda komandanı tərk edə bilər.
Rekord.az-a daxil olan məlumata görə, II turda evdə “Qəbələ” ilə matçda yersiz qırmızı vərəqə alaraq, komandasının məğlubiyyətinə baiskar olan gürcü futbolçu Ayxan Abbasovun qəzəbinə tuş gəlib.
41 yaşlı məşqçi həmin oyundan sonra gürcünün üzərindən xətt çəkib. Rəhbərlikdən isə qışda onun göndərilməsini xahiş edib. Sadəcə, təzminat məsələsini yoluna qoymaq lazımdır.