
Qətər-2022-ə nə qədər bilet satılıb?
- 06 Apr 2022 20:30
- 572
DÇ-2022-in bilet satışının ikinci mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, ikinci mərhələ üçün bilet satışı aprelin 5-i Bakı vaxtı ilə saat 13:00-da başlayıb.
Satış aprelin 28-nə qədər davam edəcək.
Azarkeşlər dörd növ bilet üçün müraciət edə bilərlər: ayrı-ayrı matçlar üçün fərdi biletlər, sevimli komandanın oyunları üçün dörd stadionda keçiriləcək matçlara bilet və əlillər üçün biletlər.
Müraciətləri uğurla təsdiq edildikdən sonra bilet almaq hüququ qazanan azarkeşlər mayın 31-dən etibarən e-poçt vasitəsilə məlumatlandırılacaqlar.
Bilet satışında birinci mərhələ yanvarın 19-da başlayıb və 20 gün davam edib. FİFA-nın məlumatına görə, azarkeşlər 800 mindən çox bilet alıblar.
Ən böyük marağı Qətər, ABŞ, İngiltərə, Meksika, BƏƏ, Almaniya, Hindistan, Braziliya, Argentina və Səudiyyə Ərəbistanından olan futbolsevərlər göstərib. Turnirin açılış və final matçlarına tələb daha çox olub.