Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün 12-ci tur çərçivəsində bir oyun Tovuzda, ikisi isə Bakı baş tutub.

Tovuzda yerli "Turan" klubu "Gəncə"ni qəbul edib. Qərb derbisində meydan sahibləri 3:1 hesabı ilə qələbə qazanıblar.

Günün növbəti qarşılaşmalarında "AZERRAIL" klubu "UNEC"lə, "Abşeron" isə "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gəliblər. AVF-nin idman zalında təşkil olunan oyunlarda "AZERRAIL" və "Milli Aviasiya Akademiyası" komandaları 3:1 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, turun son matçı sabah "Murov Az Terminal" və "DH Volley" klubları arasında olacaq.


Yüksək Liqa

5 fevral 

XII tur

   “Turan” - “Gəncə” 3:1 (24:26, 25:23, 25:12, 25:23)

   “AZERRAIL” — “UNEC” 3:1 (21:25, 25:17, 25:15, 25:19)

   “Abşeron” — “Milli Aviasiya Akademiyası” 1:3 (15:25, 25:20, 15:25, 11:25)