Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
- 16:00
- 32
Noyabrın 8-9-da U-14 və U-17 yeniyetmə cüdoçular arasında Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək.
Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Yarış Goranboy Olimpiya İdman Kompleksində təşkil ediləcək.
Turnirlərdə Gəncə, Goranboy, Naftalan, Qazax və Tovuz cüdoçuları mübarizə aparacaq. Yarışların keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
U-17 üzrə birincilik həmçinin milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.