"Yeni komandamda ilk qələbəmi və qazandığım xalları şəhidlərimizə həsr edirəm" - bu sözləri Türkiyə çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova "Rekord.az"a açıqlamasında deyib.

Son günlər cəbhədə baş verənlərlə bağlı danışan voleybolçumuz bir neçə kəndimizin işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib. O, tezliklə bütün torpaqlarımızın işğaldan azad olunacağına inamını ifadə edib: "Hazırda vətəndə olmasam da, ölkəmizdə baş verənləri daim izləyirəm. Qarşılaşmaya çıxanda belə fikrim əsgərlərimizlə, xalqımızladır. Belə bir gündə komandamın qələbə qazandığı və bu qələbədə pay sahibi olduğum üçün də şadam. Qazandığm hər bir xalı şəhidlərimizə, igid əsgərlərimizə həsr edirəm".

Cəbhədən gələn xoş xəbərlər məni də çox sevindirir. İnşallah ordumuz uğurla irəliləməkdə davam edər və çoxdan gözlədiyimiz qələbə xəbərini eşidərik. Allah bütün əsgərlərimizi, xalqımızı qorusun".

Qeyd edək ki, təcrübəli blokçumuzun formasını geyindiyi "Sarıyer BLD" son turda "Nilufer BLD" klubu ilə qarşılaşıb və 3:2 hesabı ilə qələbə qazanıb. Millimizin üzvü 11 xalla komandasının qələbəsində əsas pay sahiblərindən olub.