"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında Bakıdakı görüşdə də qələbə qazanacaqlarına inandığını qeyd edib:


"Tam şəkildə sabahkı matçda hazırıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".


Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.