İlahə Qədimova yenidən Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi seçilib.


Rekord.az xəbər verir ki, bu, AŞF-nin hesabat-seçki konfransından sonra reallaşıb.


Konfransın ardından baş tutan iclasda Qədimovanın vəzifəsi təsdiq olunub.


Toplantıda “Azərbaycan Şahmat Turu”nun təşkilatçılığı, yaxın aylarda baş tutacaq yarışlara hazırlıq məsələləri müzakirə edilib.


Xatırladaq ki, Qədimova 2021-ci ildən bu vəzifəni icra edir.