
“Qəbələ”nin sabiq məşqçisi Türkiyədə zəlzələnin qurbanı oldu
- 12 Fev 2023 18:45
- 436
Türkiyənin “İskenderunspor” klubunun qapıçılarla işləyən məşqçisi, vaxtilə “Qəbələ” Futbol Akademiyasında da çalışmış Uğur Kurt zəlzələ nəticəsində vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə “Qəbələ”nin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2009-2015 illərdə “Qəbələ” akademiyasında qapıçı məşqçisi çalışmış Uğur Kurt Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı dağıntılar altında qalaraq həlak olub. 53 yaşlı mütəxəssis təbii fəlakət vaxtı İskenderun şəhərində olub. Klub Uğur hocaya Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı diləyib.