“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov MMA döyüşçüsü Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasovla görüşüb.

Rekord.az xəbər verir ki, görüşdə idmançının tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnir çərçivəsində rusiyalı Şamil Zavurovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb.

Nəcəfov Rusiyanın paytaxtı Moskvada keçirilən görüşün birinci raundunda nokautla qalib gələrək çempion titulunu qoruyan 27 yaşlı idmançını təbrik edib.

Görüşdə Abbasovun gələcək döyüşləri barədə müzakirələr aparılıb. Klub prezidenti idmançıya uğurlar arzulayıb.

Nəriman Abbasovla məşqçisi Şəhriyar Abbasova “Qəbələ” İdman Klubunun hədiyyələri təqdim olunub.