"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov klubun digər idman növləri üzrə idmançı və məşqçiləri ilə görüşüb.

Rekord.az xəbər verir ki, 2019-cu ilin yekunları ilə bağlı keçirilən görüşdə yola saldığımız ildə uğur qazanmış klub üzvləri iştirak edib. 

İdmançılardan Bəşirova Gülşən (cüdo), Yusifov İmran (cüdo), Uşangi Kokauri (cüdo), Abbasov Bəxtiyar(MMA), Abbasov Nəriman (MMA), Ağayev Rafael (karate), Alfonso Dominqos (boks), Kamran Şahsuvarlı (boks), Ağayev Cavad (taekvondo), Alim Nəbiyev (kikboksinq), Pərviz Abdullayev (kikboksinq), məşqçilərdən isə Abbasov Şəhriyar (MMA), İsmayılov Ramil (cüdo), Zülfüqarov Səbuhi (taekvondo) və Məmmədov Fariz (boks) fəxri fərmanlarla təltif ediliblər. 

Klubun ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayevə idman növlərinin inkişafına görə fəxri fərman təqdim olunub.