
“Qəbələ”nin kapitanı yığmadan dəvət alsa, qəbul etməyəcək
- 26 Mar 2022 19:00
- 719
“Qəbələ”nin kapitanı Asif Məmmədov yığmadan dəvət alsa, qəbul etməyəcəyini açıqlayıb.
Rekord.az xəbər verir ki, təcrübəli futbolçu "Futbol plus" qəzetinə açıqlamasında bunu deyib.
O, qərarını bu cür əsaslandırıb: "Artıq yaşım keçib. Milliyə o qədər də fayda verə bilmərəm. Yığmaya gənc futbolçular çağrılmalıdı. Əslində qayda başqadı. Bir nəsil nəticə verə bilmirsə, onu əvəz etmək lazımdı. Əvvəlkilər Millətlər Liqasında, dünya çempionatının seçmə mərhələsində nəticə qazana bilmədilər. Demirəm ki, bütün futbolçuları, ümumiyyətlə, çağırmamaq lazımdı. Yaşlaşmış, yığmaya faydası olmayanların yerinə gənclər gəlməlidi. U-21-də nə qədər istedadlı futbolçu var. Onlardan yararlanmaq olar. Təcrübəni Malta, Latviya kimi ölkələrlə oyunlarda yığacaqlar. Elə U-19-dan da uşaqları cəlb etmək olar. Onlar məsuliyyəti başa düşməlidi. İndi oynamasalar, həyəcanı üzərlərindən atmasalar, rəsmi matçlarda özlərini necə göstərəcəklər? Həqiqətən Azərbaycanda gənc, istedadlı futbolçular var. Nəticəni düşünməyib onları inkişaf etdirsək, gələcəyimiz yaxşı ola bilər. Bu səbəbdən də milliyə məni dəvət etsəydilər, qəbul etməzdim ki, cavanların yolu açılsın".