“Qəbələ” klubunun futbolçusu İvitsa Juniç Azərbaycanı tərk edib. 

Rekord.az xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi şəxsi “facebook” hesabından məlumat verib. 

Müdafiəçi hazırda hava limamında olduğunu və Avstriyaya yollandığını bildirib.

Xorvatiyalı futbolçu ötən ilin yayında “Qəbələ”yə keçmişdi.