
“Qəbələ”nin əvəzedicilərindən çətin qələbə
- 14 Sen 2025 22:30
- 37
Əvəzedicilər Liqasında 4-cü tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.
“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununda qalib müəyyənləşməyib. “Qəbələ-2” isə “Sumqayıt-2” üzərində qələbəyə sevinib.
“Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunu ilə əlaqədar olaraq, bu gün keçirilməli olan “Qarabağ-2” – “Turan Tovuz-2” görüşü sentyabrın 23-də baş tutacaq.
Əvəzedicilər Liqası
4-cü tur
14 sentyabr
“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 1:1
Qollar: Elcan Əbilov, 72 - Adıgözəl Əkbərov, 83.
“Qəbələ-2” – “Sumqayıt-2” 1:0
Qol: Əjdər Hacılı, 70-öz qapısına.