
"Qəbələ"nin bu futbolçusu "Sabah"a qarşı oynamayacaq
- 28 Yan 2023 12:21
- 374
Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Sabah"ı qəbul edəcək "Qəbələ" oyuna ciddi itki ilə çıxacaq.
Rekord.az xəbər verir ki, 19-cu turda "Kəpəz"lə oyunun ən yaxşılarından olan Felipe Santos 20-ci turda meydançada ola bilməyəcək.
Buna səbəb onun məhz "Kəpəz"lə görüşdə sarı vərəqə alaraq, bu limiti doldurmasıdır.
Qeyd edək ki, "Qəbələ" - "Sabah" matçı fevralın 1-i, saat 15:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.