Son günlərin müzakirə mövzularından biri də "Qəbələ"nin qapıçısı Atanqananın göstərdiyi "şou"dur.

Rekord.az xəbər verir ki, "Turan Tovuz"la son tur matçında legioner qapıçı öncə oyunun əvvəlində etdiyi penalti ilə yadda qaldı.

Penaltini dəf etsə də son dəqiqələrdə bu dəfə buraxdığı qolla diqqət çəkdi. Hətta "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze o qədər əsəbləşmişdi ki, matç bitər-bitməz elə meydançanın ortasında qapıçını sərt şəkildə tənqid etdi. Daha sonra mətbuat konfransında da "sanki qapıçı topu öz əli ilə içəri atdı" ifadəsini işlətdi. Bundan başqa, paltardəyişmə otağında futbolçuların bir neçəsi də qapıçıya zəif oyununa görə sərt şəkildə irad bildirib. Bəzi fikirlər var ki, qapıçı cüzi maaşa oynamağa razı olduğu üçün onu "Qəbələ"də saxlayıblar. Amma deyək ki, "cüzi" deyilən məbləğ təxminən 5000-5500 dollar civarında bir məbləğdi. Yəni "cüzi" deyib kiçiltmək olmaz. Əldə etdiyimiz məlumata görə, komandaya yeni gələndə 2 min dollar maaşa razılaşıb. Həmin vaxtlar demək olar ki, oynamaq şansı qazanmırdı. Tədricən oynamağa başlayandan sonra isə maaşı iki dəfədən çox artıb.