“Qəbələ”dən Slovakiya klubuna
- 20:00
- 16
“Qəbələ” hücumçusu Prins Ovusu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, əyalət təmsilçisi futbolçunun transferi ilə bağlı Slovakiyanın “Dunayska Streda” klubunun təklifini müsbət cavablandırıb.
Tərəflər qanalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.
20 yaşlı vinger 2025-ci ilin iyulunda Qananın “Nayan” Akademiyasından “Qəbələ”yə cəlb olunmuşdu. O, “Qəbələ”nin heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.