2026/27 mövsümü üçün hazırlıqları davam etdirən "Qəbələ" və "Şəfa" komandaları yoxlama oyununda qüvvələrini sınayıblar.


Rekord.az xəbər verir ki, kollektivlər bu gün Qəbələ şəhər stadionunda üz-üzə  gəliblər.


Oyun 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qolunu İsaak Amoa vurub. Paytaxt klubundan isə İsmayıl Zülfüqarlı fərqlənib.