Ötən mövsümün sonu "Qəbələ"nin təklif etdiyi maaşa razılaşmayan Nikolas Raysel yeni mövsümün əvvəli gözlənilmədən "Səbail"də peyda oldu.

Rekord.az xəbər verir ki, əksəriyyət bu qərarın məcburiyyətdən verildiyini düşünə bilər.

Amma 28 yaşlı fransalı hücumçu paytaxt klubuna əlacsızlıqdan "hə" deməyib.

Onun arzuladığı maaşa "Səbail"dən müsbət cavab gəlib. Məbləğ isə 10 min dollardır. Bu, legionerin hər ayına düşən paydır.

O, keçən mövsüm "Qəbələ"də bu pulun heç yarısını ala, ya almazdı.

Paytaxt təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə 2021/2022 mövsümünün sonuna kimi müqavilə imzalanıb. (sportinfo.az)