Qəbələdə II Qarabağ savaşında şəhid olan gizir Təbriz Qasımovun 30 illik yubleyinə həsr olunmuş futzal turniri keçiriləcək.

Rekord.az xəbər verir ki, turnirdə say və yaş məhdudiyyəti yoxdur.

Turnirə son qeydiyyat tarixi 12 mart olaraq müəyyən edilib. Komanda sayı dəqiqləşəndən sonra turnirin reqlamenti müəyyən olunacaq.