"Qəbələ"nin qış fasiləsində yollarını ayıracağı gözlənilən Andrey Strijakın durumuna aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, o, mövsümün ikinci yarısını da bölgə klubunda keçirəcək.

Yarımmüdafiəçi qış təlim-məşq toplanışında "qırmızı qaralar"la birgə olacaq.

23 yaşlı ukraynalı mövsümün əvvəli transfer olunub. O, arxada qalan 6 ayda 6 oyun keçirib.

Və bu müddətdə cəmi 63 dəqiqə oynamaq imkanı qazanıb. (sportinfo.az)