“Qəbələ” İdman Klubu israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2022-ci ilin iyulundan bu komandada çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib. 

“Qəbələ” İdman Klubu Feras Abu Akala gələcək karyerasında uğurlar arzulayıb.