
“Qəbələ” zədəlilərinin son durumunu açıqladı
- 30 Mar 2022 18:30
- 533
“Qəbələ”nin üç futbolçusu komandanın məşqlərində iştirak etmir.
Rekord.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Omar Hani fərdi məşqlərlə kifayətlənir. Onun sabahdan etibarən komanda ilə məşqlərə qoşulacağı gözlənilir.
Yaovi Akakpo və Gülağa Əsədov isə proqram üzrə bərpa məşqlərini davam etdirir.