
"Qəbələ" yenidən AFFA-ya ağız açacaq
- 02 Apr 2022 17:00
- 709
İki ildir ardıcıl olaraq AFFA-dan maliyyə yardımı alan "Qəbələ" böyük ehtimalla bu il də federasiyadan maddi dəstək istəyəcək.
Kluba yaxın mənbədən Rekord.az-a daxil olan məlumata görə, hələlik bununla bağlı hansısa xahiş olunmayıb, amma böyük ehtimalla olunacaq.
Səbəb isə klubun öz sponsorlarının ayırdığı vəsaitin növbəti mövsüm üçün yetərli olmamasıdır. Klub əgər aparıcı oyunçularını qorumaq və avrokuboklara vəsiqə qazanacaqları təqdird heyəti gücləndirmək istəyirsə, mütləq əlavə vəsait lazımdır. Hansı ki, AFFA iki ildir bu yardımı eliyir. Klub rəhbərliyi maddi yardım xahişi ilə yenidən federasiyadan xahiş edəcək.
Qeyd edək ki, AFFA ötən il "Qəbələ"yə 1.5 milyon manat pul ayırmışdı.