Qəbələ şəhər stadionunda vaxtı ilə quraşdırılmış tribunalar sökülüb.

Rekord.az xəbər verir ki, həmin tribunalar təxminən 10 il əvvəl, "Qəbələ" avrokuboklarda müntəzəm oynadığı dövrdə tikilmişdi.

Lakin uzun müddət idi, bu tribunalardan istifadə olunmurdu. Həm oyunlara elə də çox azarkeş gəlmir, həm də tribunalar metal konstruksiyadan ibarət olduğundan ora azarkeş buraxılmasına icazə verilmirdi. Bunu nəzərə alan "Qəbələ" rəhbərliyi triubunaları birdəfəlik sökmək qərarına gəldi.